COP29: SOCAR ilə “İtalgas” şirkəti arasında əməkdaşlığa dair Saziş imzalandı

saytların hazırlanması

Evə çatdırılma

COP29: SOCAR ilə “İtalgas” şirkəti arasında əməkdaşlığa dair Saziş imzalandı

Siyasət

12 Noyabr 2024 19:39 769


Noyabrın 12-də COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın "İtalgas" şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb.

SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, Sazişi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və "İtalgas" şirkətinin baş icraçı direktoru Paolo Gallo imzalayıblar.

Şirkətlər enerji keçidini və rəqəmsallaşmanı sürətləndirmək məqsədilə qabaqcıl təcrübə və texnologiyaların mübadiləsi, habelə "Picarro" texnologiyasından istifadə edərək qaz sızmasının aşkarlanması vasitəsilə infrastrukturun dekarbonizasiyası, həmçinin mövcud çevik metodologiya vasitəsilə prosesin rəqəmsallaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklər. Marqarita pizza

Sənəd tərəflər arasında qazpaylama sahəsində innovasiya, səmərəlilik və davamlılığı təşviq etməyə yönəlmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!