COP31-in Prezidenti elan edildi

saytların hazırlanması

Evə çatdırılma

COP31-in Prezidenti elan edildi

Dünya

26 Dekabr 2025 09:47 318


Türkiyədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub.

"Yeni Sabah" xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum UNFCCC COP31-in Prezidenti təyin edilib.

Rəsmi qəzetdə dərc olunan qərara əsasən, COP31 konfransı 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada, EXPO sərgi məkanında keçiriləcək. Marqarita pizza

Qeyd edilib ki, COP31 çərçivəsində iqlim fəaliyyəti üzrə daha qətiyyətli və məqsədyönlü addımların atılması planlaşdırılır. Türkiyə tərəfi beynəlxalq ictimaiyyəti COP31 üçün Antalyada qarşılamağa hazır olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!