Sumqayıtda dəm qazından zəhərlənən ailənin 1 üzvü ölüb, digər 2 üzvü isə xəstəxanaya yerləşdirilib.
Yenisabah.az xəbər verir ki, oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü qadın hospitalizasiya olunub.
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir. pizza hut
2020-ci il təvəllüdlü azyaşlı qız isə dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Xatırladaq ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.
1955-ci il təvəllüdlü Şövkət Süleymanova dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız