Corc Buşun bacısı koronavirusdan vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Corc Buşun bacısı koronavirusdan vəfat etdi

Dünya

11 Yanvar 2021 07:26 621


ABŞ-ın 41-ci prezidenti olmuş ata Corc Buşun bacısı Nensi Ellis Buş vəfat edib.

Bu barədə “Report” “The New York Times”a istinadən xəbər verir. Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Nensi Ellis Buşun oğlu bildirib ki, anası Massaçusets ştatındakı qocalar evində dünyasını dəyişib. Nəşr qeyd edir ki, uzunömürlü qadın dekabrın 30-da yüksək hərarətlə xəstəxanaya yerləşdirilib. Onun koronavirus testi müsbət olub. Nensi Buşun oğlu anasının COVID-19-dan vəfat etdiyini təsdiqləyib. Qeyd edib ki, son günlər Nensi Ellis Buşun səhhəti ağırlaşıb. Dominos pizza

Nensi Buş 1926-cı ilin fevralında doğulub. O, yeddi nəfərlik ailənin yeganə qız övladı olub.

Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 22,2 milyon insanda təhlükəli infeksiya aşkarlanıb. ABŞ həm də koronavirusdan ölüm hallarının sayına görə dünyada birincidir. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!