Corc Floydu öldürən polis azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Corc Floydu öldürən polis azadlığa çıxdı

Dünya

08 Oktyabr 2020 11:11 1393


ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydu nəzarətə götürərkən ölümünə səbəb olan polis işçisi Derek Çauvin azadlığa buraxılıb.

Yenisabah.az xəbər verir ki, o, 1 milyon dollar nağdsız təzminat qarşılığında həbsxanadan çıxıb.

Xatırladaq ki, may ayının 25-də Minneapolisdə afroamerikalı Corc Floyd nəzarətə götürülərkən Derek Çauvin dizi ilə onun boynunu sıxaraq 8 dəqiqə ərzində onu nəfəssiz qoyub. Bu hadisədən sonra Amerikanın müxtəlif ştatlarında irqçiliyə qarşı etiraz aksiyaları keçirilib. Hadisənin miqyası böyüdüyü üçün təqsirkar olan polislərin hamısı həbs edildi, lakin bir müddət sonra onların əksəriyyəti sərbəst buraxıldı.  Dominos pizza

Qeyd edək ki, şərti azad edilən 44 yaşlı Derekin 2021-ci ilin martında məhkəməyə çıxması gözlənilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!