Corc Floydu öldürən polisə 22 illik həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Corc Floydu öldürən polisə 22 illik həbs cəzası verildi

Dünya

26 İyun 2021 09:14 885


ABŞ-da sabiq polis əməkdaşı Derek Şovin afroamerikalı Corc Floydun qətlinə görə həbs edilib.

Yenisabah.az xarici KİV-ə istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə o, 22,5 il müddətinə azadıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2020-ci ilin 25 mayında olub. Polis əməkdaşı Derek Şovin afroamerikalı Corc Floydu həbs edərək, boğucu üsul tətbiq edib. Floyd bundan az sonra ölüb. Hadisədən 1 gün sonra Şovin və afroamerikalının həbsində iştirak edən daha üç polis işdən çıxarılıb. pizza

Bundan sonra ölkədə kütləvi etirazlar və qarışıqlıqlar olub. İctimai asayişi bərpa etmək üçün hüquq-mühafizə orqanlarına ABŞ-ın milli qvardiyası da qoşulub. Vaşinqton və Nyu-York da daxil olmaqla, təxminən 40 şəhərdə komendant saatı tətbiq olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!