İngiltərə tarixində ən məşhur baş nazirlərdən biri olan Uinston Çörçillin başmaqları hərraca çıxarılıb.
Yenisabah.az “The Sun”a istinadla xəbər verir ki, Çörçillin evdə geydiyi rahat ayaqqabılar məxmər parçadan və tünd qırmızı rənglidir. Onlar məxsusi olaraq hazırlanıb və üzərində sahibinin ad-familiyasının baş hərfləri var.
Hələ də yaxşı vəziyyətdə olan başmaqların yalnız dabanında aşınma izləri görünür. Londonun Mayfayr prospektindəki dükan sahib olan məşhur ingilis ayaqqabı ustası Nikolas Tokçeykin imzası da əşyanın üzrində durur. Dominos pizza
Hərracda bu bir cüt başmağın 13 ilə 20 min dollar arasında satılacağı gözlənilirdi. Lakin bir kolleksiyaçı onu 55 min dollara alıb. Çörçillin ad-familiyasının baş hərfləri ilə bəzədilmiş qədəh isə 25 min dollar müqabilində yeni sahibinə çatıb.
1965-ci ildə Çörçilin ölümündən bu yana ona məxsus əşyalar hərraca çıxarılır.
Telegram kanalımız