“Corcina ancaq xərcləyir, başqa heç nə etmir” - Ronaldo

saytların hazırlanması

Evə çatdırılma

“Corcina ancaq xərcləyir, başqa heç nə etmir” - Ronaldo

İdman

27 Aprel 2023 12:20 1031


Hazırda "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesdən ayrılmaq istəməsi ilə bağlı yeni məlumatlar yayılıb. 

Yenisabah.az xarici KİV-lərə istinadən xəbər verir ki, Portuqaliyanın CMTV kanalının xəbərinə görə, Kriştiano Corcinadan ayrılmağa yaxındır. Telekanal bildirir ki, Ronaldo Corcinanın çox pul xərclədiyini düşünür. 

"Corcina gününü ticarət mərkəzlərində keçirir. Bu da Ronaldonu əsəbiləşdirir. "O, ancaq xərcləyir, xərcləyir və xərcləyir. Başqa heç nə etmir”, – deyə telekanal Ronaldonun özəl çevrədə səsləndirdiyi iddia olunan fikri yayıb.  pizza hut

Xatırladaq ki, Kristiano ilə Corcina uzun illərdir münasibətdə olsalar da, rəsmi nikahda deyillər. Cütlüyün birgə uşaqları da var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!