Çörək zavodunda qadın işçi faciəli şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Çörək zavodunda qadın işçi faciəli şəkildə öldü

Hadisə

08 Yanvar 2022 12:31 814


Bakıda çörək zavodunda qadın faciəvi şəkildə ölüb. 

Bu barədə Yenisabah.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 7-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza hut

Aparılan araşdırmalarla müəyyən edilib ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!