Yasamal rayonunda yerləşən, “Muğan” firmasına məxsus çörək zavodundan oğurluq edən 2 nəfərin cinayət işinin istintaqı yekunlaşdıqdan sonra baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə təqsirləndirilən Əhmədov Elnur Qabil oğlu və Həsənov Etibar Elçin oğlunun məhkəmə prosesinə hakim Rəşad Cavadzadə sədrlik edəcək.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Ə.Hüseynzadə küçəsi, 69 ünvanında fəaliyyət göstərən “Muğan” firmasının direktoru Mirişov Tahir Hacıverdi oğlu tanınıb. Marqarita pizza
Azər İsrafilov
Telegram kanalımız