Çörəkbişirmə sexində YANĞIN

saytların hazırlanması

Evə çatdırılma

Çörəkbişirmə sexində YANĞIN

Hadisə

15 Sentyabr 2024 12:28 598


Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verib.

Yenisabah.az xəbəe verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar. pizza

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çörəkbişirmə sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan çörəkbişirmə sexinin dam örtüyünün taxta atmaları və şüşə-pambıq üzlüyü 200 kvadratmetr sahədə yanıb.

Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!