“Çörəyə, suya qənaət edin” – Ayətullah Xamnəidən iranlılara tövsiyə

saytların hazırlanması

Evə çatdırılma

“Çörəyə, suya qənaət edin” – Ayətullah Xamnəidən iranlılara tövsiyə

Dünya

28 Noyabr 2025 10:46 336


"İran xalqına 3 tövsiyəm var".

"Yeni Sabah" saednews-a istinadla xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamnəi deyib.

"İran xalqına tövsiyəm: gəlin bir olaq. Fərqlərimiz var və bu normaldır. Amma düşmən qarşısında biz həmrəy olub vəhdət kimi hərəkət etməliyik. Toyuqlu pizza

İran xalqına ikinci tövsiyəm: prezidentinizi və hökumətinizi dəstəkləyin. Onlar faydalı iş görməyə çalışırlar və bizim edə biləcəyimiz ən yaxşısı onların səylərini dəstəkləməkdir.

İran xalqına üçüncü tövsiyəm: çörək, su, qaz, benzin və ərzaq məhsulları da daxil olmaqla, bütün məsələlərdə israfdan çəkinin. İsrafçılığı ailələr və ölkə üçün ən mühüm təhlükədir. Əgər belə israfçılıq olmasaydı, şübhəsiz, ölkənin vəziyyəti daha yaxşı olardı. İstehlakda qənaətcil olun. Ehtiyacınız olmayanı israf etməyin və ya çölə atmayın. Həddindən artıq istehlak etməyin".

İbrahim Məmmədli

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!