COVID-19 qayıdır? - Üç ölkədə yoluxma halları kəskin artdı

saytların hazırlanması

Evə çatdırılma

COVID-19 qayıdır? - Üç ölkədə yoluxma halları kəskin artdı

Dünya

29 May 2025 19:56 650


Tailand, Çin və Sinqapur yeni koronavirus dalğası ilə üzləşib və hökumətlər vətəndaşları maska taxmağa çağırır.

Yenisabah.az xəbər verir ki, bu barədə "Nikkei Asia" portalı məlumat verib.

Qeyd olunur ki, 18-24 may tarixlərində Tailandda 53.5 min COVID-19-a yoluxma hadisəsi qeydə alınıb. Bundan əvvəl isə yanvardan mayın ortalarınadək olan dövrdə ümumilikdə 187 min yoluxma halı müəyyən edilmişdi. Dominos pizza

Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 28 aprel - 4 may tarixlərində Çin xəstəxanalarında aparılan infeksiya testlərinin demək olar ki, 16 faizi müsbət nəticə verib. Martın son həftəsində bu göstərici 6.3 faiz təşkil etmişdi. Çinli epidemioloq Çjun Nanşan daha əvvəl bildirmişdi ki, Çində dominant olan XDV və XDV.1 ştamının yeni variantları insan immun sisteminin müqavimətinə daha davamlıdır. Bu isə o deməkdir ki, hətta peyvənd olunmuş və ya COVID-19-dan sağalmış şəxslər də yoluxma riski altındadır.

Sinqapurda da son vaxtlar COVID-19 hallarının artması qeydə alınıb. 27 aprel - 3 may tarixlərində əvvəlki həftə ilə müqayisədə yoluxma hallarında 28 faiz, xəstəxanaya yerləşdirilmə hallarında isə 30 faiz artım qeydə alınıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!