İlk koronavirus faktının qeydə alınmasının bir ili tamam oldu.
Yenisabah.az xəbər verir ki, 17 noyabr 2019-cu ildə Çinin Hubei əyalətindən olan 55 yaşlı şəxs dünyaya yayılan COVID-19-a yoluxan ilk insan olub.
“South China Morning Post”-un yaydığı məlumata görə, virus 2019-cu ilin dekabr ayının sonunda Çinin Uhan şəhərində yayılmağa başladı və bütün dünyanı əhatə etdi. Dördpendirli pizza
Həmin vaxt səlahiyyətlilər virusun şəhərdəki heyvan bazarından yayıldığını iddia edirdi.
Alimlər indi bu koronavirus adı ilə tanınan SARS-CoV-2-nin yarasadan əmələ gəldiyini və bir şəkildə başqa bir heyvana, daha sonra insanlara ötürüldüyündən şübhələnirlər. Xəstəlik artıq insanlar arasında heç bir heyvan vasitəçisi olmadan yayılır.
Hazırda Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb. Ölkəmizdə indiyədək ümumilikdə 79158 nəfər koronavirus infeksiyasına yoluxub və yoluxmaqda davam edir.
Telegram kanalımız