İsmayıllı Rayon Məhkəməsində 2020-ci ilin dekabrın 2-də Covid-19 karantini qaydalarını pozan 1989-cu il təvəllüdlü Mirzəliyev Yusifə hökm oxunub.
“Yeni Sabah” xəbər verir ki, o, Covid-19 virusu üçün test verib və 28 noyabr 2020-ci il tarixdə onun mobil telefonuna analizlərinin pozitiv olması barədə mesaj gəlib.
Bundan sonra, həkimlər ona və digər ailə üzvlərinə analizi ilə əlaqədar COVİD-19 infeksiyasının pozitiv olmasının aşkar olunduğunu, karantin qaydalarını pozmamaqlarını, evdə qalmaqlarını və müalicələrini evdən davam etdirməklərini bildirib, bu barədə iltizama imza atdırıblar. Dördpendirli pizza
Lakin Yusif qaydalara əməl etməyərək dekabr 2-də kəndin mallarını otarmaq üçün kənddə müəyyən olunan növbə ona çatdığından həmin gün özlərinə və kənd sakinlərinə aid 60 baş mal heyvanını evdən təxminən 2 kilometr aralıda olan örüş sahəsinə aparıb.
Örüşdə olarkən ona zəng olunaraq polis əməkdaşlarının yaşadığı evə gələrək onun evdə olub-olmadığını yoxladıqları barədə məlumat veriblər. O evinə qayıdıb və polis əməkdaşlarının həqiqətən də yaşadığı evin qarşısında olduğunu görüb.
Yusif Mirzəliyev məhkəmədə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə onun barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Nəzrin Cavadzadə
Telegram kanalımız