Azərbaycan çaysevərlər ölkəsidir. Yayın qızmar günündə belə insanlar çayı sərin içkidən üstün tutur. Bəzən nə qədər çay içdiyimizi belə unuduruq.
Dietoloq Nərgiz Nəzirova Yenisabah.az-a çayın bir çox faydaları barədə danışıb:
“Azərbaycanlı bu içkini gün ərzində istənilən qədər içə bilər. Nə yayın istisi, nə də qış soyuğunun fərqi var. Çayın canlandırıcı və tonik effekti qəhvədən geri qalmır. Ancaq bir fərq var ki, çayın orqanizmə təsiri daha yumşaqdır. Bu içki növü susuzluğa effektiv təsir göstərir, xolesterin səviyyəsini aşağı salır və ürək-damar sisteminin işini normallaşdırır. Qocalmanı ləngitməklə yanaşı, çay həm də insanı daha ağıllı edir”. pizza mizza
Dietoloq çayın zərərlərini də sadalayıb: “Qaynar çay qanaxmaya səbəb ola bilər. Britaniyalı otorinolarinqoloq və plastik cərrah Henri Varp bildirir ki, qaynar çay içmək burun-udlaq damarlarına pis təsir göstərə bilər. Stəkandan çıxan buxar qan damarlarının genişlənməsinə və bəzən burun qanaxmalarına səbəb olur.
Başqa bir iddia budur ki, qaynar çay qida borusu xərçənginin inkişafı riskini artırır. Hər halda çayın optimal hərarəti 50-60° C hesab edilir. Yeni dəmlənmiş çayın 5-7 dəqiqə otaq hərarətində qalması kifayətdir.
Çayın dəmlənmə müddəti də onun faydasını azalda bilər. Toksikoloqlar çayın tərkibində çox ağır maddələr aşkar ediblər: qurğuşun, aluminium, arsen, kadmium. Güman edilir ki, bu maddələr çay yarpaqlarına çirklənmiş torpaqdan keçir. Əgər çay 10-15 dəqiqə dəmlənirsə, bu zaman toksik maddələrin təsiri artır. Buna görə çayı 3-5 dəqiqədən çox dəmləmək tövsiyə edilmir.
Başqa bir məsələ çayın tündlüyüdür. Həddən artıq tünd çay dişləri və sümükləri məhv edir. Məsələn, Britaniyada 47 yaşlı qadın son 17 il ərzində tünd çay içdiyindən bütün dişlərini itirmiş və sümükləri həddən artıq arıqlamışdı. Bunlar isə skelet fluorozunun simptomlarıdır”.
Aytac Şahin
Telegram kanalımız