“Çox qəzəbliyəm, bizə qarşı haqsızlıq oldu” - “Barsa“nın baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Çox qəzəbliyəm, bizə qarşı haqsızlıq oldu” - “Barsa“nın baş məşqçisi

İdman

05 Oktyabr 2022 10:15 1000


"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsində "İnter"lə ötən gecə keçirilən oyunun hakimliyindən narazı qalıb. 

Yenisabah.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında baş hakim Slavko Vinçiçin qərarından qəzəbləndiyini deyib.

Oyunun 90-cı dəqiqəsində cinahdan ötürülən top öz cərimə meydançasında olan “İnter”in müdafiəçisi Denzel Dumfrisin əlinə dəyib. Videotəkrarına baxdıqdan sonra penalti təyin edilməyib. Sezar pizza

Xavi sloveniyalı referinin bu qərarına belə şərh verb: “Mən qəzəblənirəm. Çünki bu, indi yaşamamalı olduğumuz ədalətsizlikdir. Hakim özü izahat verməli olacaq. İnanıram ki, əllə oyun var idi. Hakimlər futbolda mühüm rol oynayırlar və buna görə də qərarlarını izah etməlidirlər. Amma Vinçiç mənə heç nə demək istəmirdi”.

Qarşıdakı 3 oyunun final matçı kimi olacağını bildirən Xavi çətin vəziyyətdə olduqlarını qeyd edib: “Çox ciddi məğlubiyyət aldıq. İndi çox xoşagəlməz vəziyyətdəyik. Qarşıda üç final var.

Bu, Çempionlar Liqasıdır, biz daha yaxşı oynamalıyıq. Daha çox şans yaratdıq, amma rəqib çox yaxşı müdafiə olundu. Bu məğlubiyyət məni narahat edir, vəziyyət çətindir”.

Qeyd edək ki, görüşün 66-cı dəqiqəsində VAR-a baxıldıqdan sonra "Barselona"nın qolu ləğv edilib.

"Barselona" C qrupunda 3 xalla 3-cüdür. "Bavariya" 9 xalla lider, "İnter" 6 xalla 2-cidir. Xalı olmayan "Viktoriya" isə sonuncudur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!