“Bitcoin bu gün 50 min dolları gördü, hələ də əminəm ki, bu dünya tarixinin ən böyük piramidası və “balonudur”. Qazanmaq olarmı? Təbii ki, olar. Uduzanlar olacaqmı? Təbii ki, olacaq, sonda yazıq, təkbaşına, küyə gedən yatırımçılar itirəcəklər”.
Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, “Bitcoin”i ciddi məsələ sayanlar 3 məsələni önə çəkib bu spekulyativ aktivi tərifləyirlər:
“1. “Blockchain” texnologiyası, 2. “Bitcoin”nin arxasında elektrik enerjisi durur, dəyəri ona görədir, 3. “Bitcoin” cəmi 21 milyon ədəd olacaq, yəni sınırlı olması onu dəyərləndirir. pizza hut
İlk əvvəl bildirim ki, “blockchain” texnologiyası möhtəşəm bir kəşfdir, amma bunun “bitcoin”lə kiçicik əlaqəsi var, bu, texnologiyadır, kriptovalyuta deyil. Bu texnologiya ilə seçki də keçirmək olar, şirkət də idarə etmək olar, başqa sahələrdə də tətbiq edilə bilər. İkincisi, “Bitcoin”nin arxasında elektrik enerjisi durur, dəyəri elektrikdir”,-iddiası qədər absurd iddia nadir görünən bir məsələdir. Məsələn, mən çayniki qaynadanda da elektrik enerjisi istifadə edirəm, elektrik enerjisi suyu qaynadır, buxara çevirir, amma o buxar uçub gedir, ona görə mənə pul verən yoxdur, “mining (mayninq)” zamanı xərclənən elektrik enerjisinə görə nədən pul versinlər ki?! Üçüncüsü, “Bitcoin” cəmi 21 milyon ədəd olacaq”,-demək növbəti mif və tələdir. Xub, indiki “bitcoin” 21 mln. ədəd ola bilər, çünki rəqəmlərin kombinasiyası bitəcək, bəs kim zəmanət verə bilər ki, 21 mln. dolan kimi, məsələn, “bitcoin +” və ya “bitcoin – pro” çıxmayacaq?! Bəlkə sonra “iPhone” kimi ildə bir forması çıxdı, lap elə “iPhone 12”yə qədər getdi bu iş?! Bunun olmayacağına zəmanət verən varmı?! Yoxdur. Nəticə olaraq deyə bilərəm ki, çox riskli yatırımdır, sonda mütləq partlayacaq, amma kimin imkanı varsa qazansın, kim qazanıbsa şükr edib bir də bu bazara girməsin”.
Telegram kanalımız