“Çox şanslıyıq ki, tarixi zəfərləri canlı görürük” - Rəşad Sadıqov

saytların hazırlanması

Evə çatdırılma

“Çox şanslıyıq ki, tarixi zəfərləri canlı görürük” - Rəşad Sadıqov

İdman

08 Noyabr 2020 19:45 1059


“Dövlətimizi, xalqımızı, rəşadətli ordumuzu böyük zəfər münasibətilə təbrik edirəm”.

Yenisabah.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının IX turunda “Sabah”la keçirilən oyundan sonra deyib.

Zirəlilər səfərdə 1:0 hesablı qələbə qazanaraq, liderlər qrupuna qoşulub. 38 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında Azərbaycan Ordusunun Dağlıq Qarabağda ardıcıl zəfərlərindən danışıb, futbola toxunmaq istəməyib: Toyuqlu pizza

“İcazə verirsinizsə, bu gün futboldan danışmaq istəmirəm. Məncə, indi futboldan danışmaq o qədər də vacib deyil. Tarixin şahidi oluruq, bu sevinci bizə yaşadanlara təşəkkür edirəm. Çox şanslıyıq ki, bu tarixi zəfərləri canlı görürük. Hər bir əsgərimizin, zabitimizin alnından öpürük, bağrımıza basırıq. Arzu edirik ki, işğal altında olan torpaqlarımızın hər qarışı geri qaytarılsın. İnşallah, tezliklə Qarabağda və digər rayonlarımızda da bayrağımız sancılar. Bu zəfər yaxındır”.  /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!