Çox soyuq su içmək bu xəstəliyi yaradır 

saytların hazırlanması

Evə çatdırılma

Çox soyuq su içmək bu xəstəliyi yaradır 

Sağlamlıq

01 İyul 2024 15:00 3038


İsti havalarda soyuq suyun çox içilməsi bəzi insanlar üçün mənfi təsirlərə səbəb ola bilər. 

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, soyuq su içmək qida borusunda sancılar və narahatlıq yaradır. 

Alimlərin araşdırmalarına görə, yay aylarında çox soyuq sudan istifadə qastrit və xora xəstəliyi olan insanlarda mədə turşusunu artırır, mədədə həddindən artıq qaz, kramp kimi ağrılar, yanma və mədə narahatlığının artmasına səbəb olur.  Sezar pizza

Bildirib ki, mədə şikayəti olmayanlar üçün soyuq su içməyin heç bir zərəri yoxdur, əksinə, bədəndən istilik alır və insan özünü yaxşı hiss edir. Soyuq su içmək bağırsaq hərəkətlərinin artmasına, qarın ağrısı, qaz və şişkinliyə səbəb olur. Buna görə də soyuq su içirsinizsə, onu yavaş-yavaş və kiçik dozalarda içmək lazımdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!