“Çox vaxt günlük proqnozlar uydurma olur”– Astroloq

saytların hazırlanması

Evə çatdırılma

“Çox vaxt günlük proqnozlar uydurma olur”– Astroloq

Maraqlı

20 İyul 2024 14:59 2208


Bürclər haqqında mütəmadi olaraq, günlük, aylıq, illik proqnozlar verilir. Bəzi insanlar astrologiyanı həyatının bir hissəsi hesab edərək, bürclər haqqında deyilən sözlərə, proqnozlara inanaraq hərəkət edir və həyati planları bu proqnozların əsasında qururlar. Lakin astroloqların dediklərinə, bürclərə heç inanmayanlar da var. 

Mövzunu “Yeni Sabah”a şərh edən astroloq Aytən Salami bu məsələ ilə bağlı bir sıra vacib məqamı diqqətə çatdırıb.

O bildirib ki, gündəlik həyat tərzini, aylıq, ya da illik planları bürclər üzərində qurmaq doğru deyil: pizza

“Çünki astrologiya elmi təkcə günəş bürclərindən ibarət deyil. Bürc proqnozlarında həqiqət var. Ancaq bu nə zaman aş verir?

Bu məsələdə bir sıra məqama diqqət etmək vacibdir. İlk olaraq, proqnozlar xəritəyə baxılaraq verilməlidir. İkincisi, bürc proqnozlarına Günəşə yox, yüksələn bürcə əsaslanaraq baxmaq lazımdır. Belə olanda proqnozların böyük faizi doğrulur. Lakin bunun da özünəuyğun detalları var.

İnsanın xəritə tipləri var. Elə insanlar var ki, onların xəritə tiplərinin növlərinə görə bəzilərinin şəxsi planetlərində retrolar daha çoxdur. Yəni bu xəritələrdə müəyyən fərqliliklər olduğu üçün bəzi proqnozlar birində düz çıxanda, digərində əksini tapmır”.

Astroloqun fikrincə, bürc proqnozu hər bir insanın doğum xəritəsini analiz etdikdən sonra verilməlidir:

“Bütün günləri astroloji proqnozlara uyğun olaraq planlaşdırmaq düzgün deyil. Çünki deyilənlər ümumidir. Müəyyən insanlarda həmin məlumatlar özünü doğruldur. Fəqət çox vaxt günlük proqnozlar uydurma olur. Əgər həmin məlumatları yazan astroloq xəritədə günlük, aylıq tranzitlərə baxaraq bunu edirsə, bu həqiqətə daha çox uyğundur”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!