“Çox yaxşı komandaya qarşı oynadıq” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Çox yaxşı komandaya qarşı oynadıq” - Qurban Qurbanov

İdman

03 Oktyabr 2021 22:43 1019


"Futbolçularımı təbrik edirəm. Bu qələbəni haqq etdilər. Çox istəkli idilər. Meydanda ən yaxşısını etdilər".

Yenisabah.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"yə 2:0 hesabı ilə gəldikləri Premyer Liqanın VI tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis çempionatın lider komandalarından birinə qarşı oynadıqlarını bildirib: "Oyunlarını gördükdən sonra əmin olduq ki, boşuna ilk sırada deyildilər. Çox yaxşı komandaya qarşı oynadıq. Maraqlı görüşün şahidi olduq. Hər iki komanda sürətli, tez hücumlar qururdu. Futbolçularımdan razı qaldım". Toyuqlu pizza

Qurbanov qələbədə ustalıq səviyyəsi həlledici ola biləcəyini istisna etməyib: "Hər kollektivin öz üstünlüyü var. Xüsusilə ikinci hissədə meydana çıxan Filip Ozobiçlə Abdullah Zubir oyunu tam ələ ala bildilər. Rəqibin heyətində də yaxşı futbolçular var. Bəlkə də təcrübə hansısa anda köməyimiz oldu"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!