Moskvada çoxuşaqlı ailələr üçün ictimai nəqliyat pulsuz olacaq.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, yeni qərar çoxuşaqlı valideynlərlə yanaşı, onların 18 yaşadək olan övladlarına da paytaxt və şəhərətrafı ictimai nəqliyyat vasitələrindən ödənişsiz istifadə hüququ verir.
Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. pizza sifarişi
Xatırladaq ki, bundan öncə Rusiya prezidenti Vladimir Putin Uzaq Şərq Federal Dairəsində yaşayan ailələrə hər üçüncü və ondan sonra doğulan uşaqlar üçün hər birinə 1 milyon rubl (14 min dollar) mükafat verilməsini təklif edib.
Telegram kanalımız