Cozef Bayden peyvənd olundu

saytların hazırlanması

Evə çatdırılma

Cozef Bayden peyvənd olundu

Dünya

22 Dekabr 2020 01:20 758


ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden koronavirus əleyhinə peyvənd edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Peyvənd proseduru Delaver ştatında, Nyuarkdakı "ChristianaCare" klinikasında baş tutub. Baydenin peyvənd edilməsini mətbuat nümayəndələri də izləyiblər. pizza mizza

Demokrat Partiyasının üzvü prosedur zamanı qoruyucu maskada olub. O, klinikanın işçi heyətinə təşəkkür edib.

ABŞ-ın yeni rəhbərinə "Pfizer" şirkətinin istehsalı olan ilk vaksini vurulub.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp da peyvənd edilməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!