“Crocus City Hall”dakı terror aktı ilə bağlı Novruz şənlikləri ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

“Crocus City Hall”dakı terror aktı ilə bağlı Novruz şənlikləri ləğv edildi

Hadisə

24 Mart 2024 18:59 770


Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTSN) “Azərbaycan” pavilyonu “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı elan olunan matəm səbəbindən Novruz bayramı şənliyini ləğv edib.

“Report”un məlumatına görə, bayram tədbirləri iki gün nəzərdə tutulsa da, həmrəylik əlaməti olaraq bütün əyləncə proqramları, tamaşalar və gənc ifaçıların bayram konserti təxirə salınıb.

Qeyd edək ki, bayram tədbirləri martın 22-də start götürüb. Toyuqlu pizza

Novruz bayramı “Azərbaycan” pavilyonunda uzun illərdir qeyd olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!