Cüdo millimizdən Budapeştdə keçirilən dünya çempionatına uğursuz start

saytların hazırlanması

Evə çatdırılma

Cüdo millimizdən Budapeştdə keçirilən dünya çempionatına uğursuz start

İdman

13 İyun 2025 18:16 508


İdmançılarımız Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatına uğursuz başlayıblar.

Yenisabah.az xəbər verir ki, yarışın ilk günündə mübarizəyə başlayan üç cüdoçumuz yarışı erkən başa vurub.

Belə ki, 60 kiloqram çəkidə mübarizəyə başlayan Əhməd Yusifov 1/16 finalda yaponiyalı rəqibi Ryuju Naqayamaya uduzub. pizza mizza

48 kiloqram çəkidə mübarizə aparan Leyla Əliyeva isə 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşmada qələbə qazansa da, ikinci qarşılaşmasında Laura Martinesə (İspaniya) uduzub.

Eyni çəkidə mübarizə aparan Könül Əliyeva isə 1/32 finalda ABŞ təmsilçisi Mariya Seliya Laborde ilə üz-üzə gəlib və məğlub olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!