Cüdo millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Cüdo millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

İdman

27 Aprel 2022 21:40 486


Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışda ölkəni 11 idmançı təmsil edəcək. Onlardan 9-u kişi, 2-si isə qadın cüdoçudur. Marqarita pizza

Kişilərin mübarizəsində Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.

Qadınlardan isə Şəfəq Həmidova və Ramilə Əliyeva (hər ikisi 48 kq) medal uğrunda yarışacaq.

Qeyd edək ki, aprelin 29-da başlayacaq Avropa çempionatı mayın 1-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!