Cüdoçularımız Avropa Kuboku turnirinin ilk günündə 4 medal qazandılar - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız Avropa Kuboku turnirinin ilk günündə 4 medal qazandılar - Fotolar

İdman

16 Aprel 2023 00:20 1147


Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, turnirin ilk günü 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Oğlanların yarışında -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq. çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq. çəkidə Nizami İmranov və -66 kq. çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub. Pepperoni pizza

Qızların yarışında -78 kq. çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq. çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!