Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı

İdman

20 İyun 2021 20:40 795


Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.

Yenisabah.az xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət Azərbaycan millisi aktivinə 3 medal yazdırıb.

Oğlanların mübarizəsində İslam Rəhimov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Məmmədrza Hacızadə yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb. 60 kq çəki dərəcəsində mübarizə aparan Zahir Ağazadə bürünc medal qazanıb. Dominos pizza

Beləliklə, Azərbaycan cüdoçuları Xorvatiya turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.

Qeyd edək ki, Avropa kubokunda qitənin 27 ölkəsindən 368 cüdoçu medallar uğrunda mübarizə aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!