Cüdoçularımız Avropa Kubokunun ilk yarış günü 2 qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız Avropa Kubokunun ilk yarış günü 2 qızıl medal qazandı

İdman

23 Aprel 2022 22:57 687


Azərbaycan milli yığma komandası üçün Dubrovnik şəhərində keçirilən Avropa Kubokunun ilk yarış günü müvəffəqiyyətlə başa çatıb.

Yenisabah.az xəbər verir ki, Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa Kuboku turnirinin ilk yarış günündə Azərbaycan milli komandası aktivinə 2 qızıl və 1 bürünc medal qazandırıb.

Belə ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İsmayıl İbrahimov italiyalı rəqibi Leanardo Valeriyanini məğlub edərək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev italiyalı rəqibi Qabriyele Sulli üzərində qələbə qazanaraq yarışı qızıl medalla başa vurub. Pepperoni pizza

60 kq çəki dərəcəsində yarışan idmançımız Nazir Talıbov niderlandlı Bart Velinqə qalib gələrək bürünc medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!