Cüdoçularımız Böyük Dəbilqə turnirində 3 medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız Böyük Dəbilqə turnirində 3 medal qazandılar

İdman

03 Dekabr 2023 13:30 1173


Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar. 

Yenisabah.az-ın məlumatına görə, yarışın ikinci günündə bir idmançı fəxri kürsüyə qalxıb. 

Zelim Kotsoyev (100 kq) 3-cü yer uğrunda dueldə italiyalı Cennaro Pirelliyə qalib gəlib. Əvəzində Balabəy Ağayev bürünc medal uğrunda görüşdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Ayub Bliyevə uduzub.  Sezar pizza

Qeyd edək ki, ötən gün Hidayət Heydərov (73 kq) qızıl, Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar. 

Azərbaycan millisi yarışa 13 kişi, 1 qadın cüdoçu ilə qoşulmuşdu. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!