Cüdoçularımız Böyük Dəbilqədə mübarizəyə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız Böyük Dəbilqədə mübarizəyə başlayır

İdman

03 Aprel 2022 10:00 454


Azərbaycanın daha 5 cüdoçusu bu gün Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Yenisabah.az xəbər verir ki, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov 1/32 final mərhələsində Qeorqi Qramatikovla (Bolqaristan) üz-üzə gələcək.

100 kq-da yarışan Elmar Qasımov 1/32 finalda Qriqori Minaskinlə (Estoniya), Zelim Kotsoyev 1/16 finalda Nulixan Şarxan (Qazaxıstan) - Mert Şişmanlar (Türkiyə) cütünün qalibi ilə görüşəcək. pizza sifarişi

100 kq-dan yuxarı çəkidə yer alan İmran Yusifov 1/16 finalda Marius Fizellə (Slovakiya), Uşangi Kokauri isə eyni raundda Mirça Kroytoru (Rumıniya) - Lorenzo Aqro Silvayn (İtaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

Əvvəlki yarış günlərində tatamiyə çıxmış Azərbaycanın 12 cüdoçusu medal qazana bilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!