Cüdoçularımız ilk görüşlərində qələbə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız ilk görüşlərində qələbə qazandı

İdman

07 Mart 2021 11:11 493


Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bu gün Azərbaycanın son 3 cüdoçusu tatamiyə çıxıb.

Yenisabah.az-ın məlumatına görə, onların hamısı kişilərin mübarizəsinə qatılıb.

90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerovu 3 dəqiqəyə ipponla məğlub edib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olacaq. Dominos pizza

100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla yenib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olacaq.

100 kq çəkidə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenlə qarşılaşacaq. (Report)

Qeyd edək ki, Böyük Dəbilqəyə bu gün yekun vurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!