Cüdoçularımız Türkiyədə Avropa Kubokunun ilk günündə 12 medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız Türkiyədə Avropa Kubokunun ilk günündə 12 medal qazandılar

İdman

02 Mart 2024 22:52 969


Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk gününündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, oğlanların mübarizəsində arasında Bahadır Feyzullayev (50 kq) və Nihad Məmişov (55 kq) qızıl medal əldə ediblər.

Qüdrət Yusif (55 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kq) bürünc medala sahib olublar. Dördpendirli pizza

Qızlar arasında Xədicə Abdullayeva (40 kq) və Vüsalə Hacıyeva (52 kq) qızıl, Leyla Ələkbərova (44 kq) və Aysun Məmmədova (52 kq) gümüş, Nərmin Məmmədli (44 kq) və Diana Eldarova (48 bürünc mükafat qazanıblar.

Qeyd edək ki, turnir sabah başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!