Cüdoçularımızdan 1 qızıl, 1 bürünc medal - Böyük Dəbilqə 

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımızdan 1 qızıl, 1 bürünc medal - Böyük Dəbilqə 

İdman

24 Mart 2023 22:15 966


Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medal qazanıb. 

Yenisabah.az xəbər verir ki, yarışın ilk günündə 5 çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxıb. Kişilər arasında -60 kq. çəkidə mübarizə aparan cüdoçu Turan Bayramov qızıl medala sahib olub. Turan finalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Qadınlar arasında -52 kq. çəki dərəcəsində Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Gültac bürünc medal uğrunda görüşdə çinli idmançı Yeqinq Junu məğlub edib.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!