Cüdoçularımızdan 3 qızıl, 1 gümüş, 3 bürünc medal

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımızdan 3 qızıl, 1 gümüş, 3 bürünc medal

İdman

09 Aprel 2023 10:56 812


Azərbaycan cüdoçuları Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunun ilk günündə uğurlu çıxış ediblər. 

Yenisabah.az xəbər verr ki, idmançılarımız 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. 

8 çəki dərəcəsində millinin 18 cüdoçusu tatamiyə çıxıb. Vüsalə Hacıyeva (48 kq) və Xədicə Qədəşova (52 kq) bürünc medal qazanıblar.  Toyuqlu pizza

Oğlanların yarışında 55 kq-da Azərbaycanın iki cüdoçusu Ayxan Mirzəzadə və Fərid Qarayev finalda qarşılaşıblar. Nəticədə Fərid Qarayev komanda yoldaşını məğlub edərək, birinci yeri tutub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçu Mirxaliq İskəndərov bürünc medala sahib olub. 

60 kq çəkidə Məhəmməd Musayev və 66 kq-da Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!