Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı finalda İsrail təmsilçisi İzak Aşpizə uduzub.
Bu gün, həmçinin, 66 kq-da Əbil Yusubov və 52 kq-da Xədicə Qədəşova da final görüşünə çıxacaqlar. Dördpendirli pizza
Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.
Telegram kanalımız