Cüdoçumuz dünya reytinqində ilk pillədədir 

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçumuz dünya reytinqində ilk pillədədir 

İdman

04 İyun 2019 08:56 1065


Beynəlxalq Cüdo Federasiyası reytinq siyahısını açıqlayıb. 

“Yeni Sabah” xəbər verir ki, yeni cədvəl Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb. Belə ki, təmsilçilərimizdən 7-si "Top-20”də yer alıb. Onlardan ən yaxşı nəticə yığmamızın lideri Rüstəm Orucova məxsusdur. O, 73 kq çəki dərəcəsində dünyanın ən güclüsüdür. Birinci yerdə qərarlaşan Olimpiya mükafatçımız 5900 reytinq xalına malikdir. 

R.Orucovun millidəki əsas rəqibi Hidayət Heydərov 6-cı pillədə qərarlaşıb. 100 kq çəki dərəcəsində də iki cüdoçumuz "20-lik”də yer alıb. Elmar Qasımov 11-ci olduğu halda, Zelim Kotsoyev "20-liy”i qapayır. Digər cüdoçularımızdan İrina Kindzerska (+78 kq) 4-cü, Məmmədəli Mehdiyev (90 kq) 5-ci və Uşanqi Kokauri (+100) 14-cü yerdədir. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!