“Cümhuriyyətin varisi olmaq üçün...” - Nəsiman Yaqublu

saytların hazırlanması

Evə çatdırılma

“Cümhuriyyətin varisi olmaq üçün...” - Nəsiman Yaqublu

Siyasət

02 İyun 2020 16:54 1107


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun “Cümhuriyyətin varisi bizik” fikri ictimai müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki. bu fikrinə görə YAP-çı deputatı tənqid edənlərlə yanaşı, dəstəkləyənlər də olub. 

Tarixçi alim Nəsiman Yaqublu mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti bütün Azərbaycan xalqına aiddir. pizza mizza

“Siyasi baxışlarından asılı olmadan hər bir Azərbaycan vətəndaşı özünü cümhuriyyətin varisi hesab edə bilər. Amma bir şərtlə ki, cümhuriyyətin dəyərlərinə xələl gətirməsin. Həmin dəyərləri qorusun, onlara əməl etsin. Cümhuriyyətin qoyub getdiyi o zəngin irsi, həm mədəni, həm siyasi, həm hüquqi mənada yerinə yetirsin. Bunları yerinə yetirməyən təbii ki, cümhuriyyətin varisi sayıla bilməz. Amma bu dəyərlərə sahib olan hər bir kəs partiya mənsubiyyətindən asılı olmayaraq özünü cümhuriyyətin varisi saya bilər. Burada heç bir problem yoxdur”, - deyə Nəsiman Yaqublu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!