Çuxuryurdda yenidənqurma işləri görülüb

saytların hazırlanması

Evə çatdırılma

Çuxuryurdda yenidənqurma işləri görülüb

İqtisadiyyat

19 Oktyabr 2020 13:04 1642


“Azərişıq” ASC-nin Şamaxı rayonunun Çuxuryurd kəndində həyata keçirdiyi yenidənqurma işləri abonentlər tərəfindən məmnuniyyətlə qarşılanıb. 

Yenisabah.az xəbər verir ki, köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunub. 5 minədək sakini olan Çuxuryurd kəndində ilk dəfə 1966-cı ildə elektrik şəbəkəsi qurulub. 

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan tədbirlər proqramının icrası uğurla davam edir. Xatırladaq ki, “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!