David Silva peşəkar futbolçu karyerasını başa vurub.
Yenisabah.az MARCA-ya istinadla xəbər verir ki, “Real Sociedad”ın futbolçusu ciddi zədə aldıqdan sonra bu qərara gəlib.
Mövsüm öncəsi görüş zamanı 37 ispaniyalı hücuma meylli yarımmüdafiəçi dizinin çarpaz bağlarından zədə alıb. Belə bir zədədən sağalmaq və oynamaq üçün isə aylar lazımdır, ona görə də Silva indi ayrılmaq qərarına gəlib. Onun klubla daha 1 illik müqaviləsi olsa da, müqaviləyə xitam veriləcəyi gözlənilir. pizza
Xatırladaq ki, D. Silva peşəkar karyerası boyunca keçirdiyi 585 matçda 99 qol ilə yadda qalıb.
Telegram kanalımız