Dabaq panikası restoran menyularını dəyişdiribmi? 

saytların hazırlanması

Evə çatdırılma

Dabaq panikası restoran menyularını dəyişdiribmi? 

Sosial

28 Oktyabr 2025 12:59 318


“Müştərilər bilir ki, təqdim etdiyimiz ət xörəkləri tam təhlükəsizdir".

Bunu “Yeni Sabah”a restorator Mahir Əhmədzadə bildirib.

O, dabaq xəstəliyinin yayılması ilə bağlı restoran və şadlıq evlərində menyuların dəyişib-dəyişməməsinə aydınlıq gətirib: Dördpendirli pizza

“Bizim üçün müştərilərimizin sağlamlığı və etibarı hər şeydən stündür. Restoranlarımızda istifadə olunan bütün ət məhsulları yalnız rəsmi baytarlıq nəzarətindən keçmiş, sertifikatlı və etibarlı təsərrüfatlardan alınır. Hər bir məhsulun mənşəyi və keyfiyyəti diqqətlə yoxlanılır, sanitar-gigiyenik tələblərə ən yüksək səviyyədə əməl olunur”.

M. Əhmədzadə qeyd edib ki, hazırda sifarişlərdə və menyularda ciddi dəyişiklik müşahidə edilmir:

“Müştərilərimiz bilirlər ki, təqdim etdiyimiz ət yeməkləri tam təhlükəsizdir. Daim şəffaflıq və məsuliyyət prinsipləri ilə işləyirik”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!