Dadaş Dadaşbəyli II MDB Oyunlarının qızıl medalçısı oldu

saytların hazırlanması

Evə çatdırılma

Dadaş Dadaşbəyli II MDB Oyunlarının qızıl medalçısı oldu

İdman

09 Avqust 2023 15:41 1414


Avqustun 4-10-da Belarusda keçirilən II MDB Oyunlarında ağır atletika üzrə yarışlar təşkil olunur.

Yenisabah.az xəbər verir ki, Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında 150-dən çox idmançı medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında Azərbaycan atletləri də var.

Bu gün Əli Şükürlü və Dadaş Dadaşbəyli 109 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. pizza sifarişi

Əli Şükürlü toplam 300 kq (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.

Dadaş Dadaşbəyli isə toplam 393 kq (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!