Dadaşov “Fənərbaxça”ya qarşı 90 dəqiqə oynadı 

saytların hazırlanması

Evə çatdırılma

Dadaşov “Fənərbaxça”ya qarşı 90 dəqiqə oynadı 

İdman

23 Oktyabr 2023 12:05 419


Türkiyə Superliqasında 9-cu turun oyunları keçirilir. 

Yenisabah.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" səfərdə "Fənərbaxça"nın qonağı olub. Oyun İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbaxça" - "Hatayspor" - 4:2 Pepperoni pizza

Qollar: Şimanski, 7 (1:0), Osai-Samuel, 15 (2:0), Dzeko, 39 (3:0), Qulam, 55 (3:1), Kahveçi, 63 (4:1), Abid, 90+4 (4:2)

Start heyətdə oyuna çıxan Renat Dadaşov sona qədər meydanda olub.

"Fənərbaxça" bu qələbə ilə xallarını 27-ə çatdıraraq yenidən liderliyə yüksəlib.

Mövsümdə ilk dəfə məğlub olan "Hatayspor" isə 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!