Dağıntılar altında qalan 4 tələbəmiz hələ də tapılmayıb - SƏFİR

saytların hazırlanması

Evə çatdırılma

Dağıntılar altında qalan 4 tələbəmiz hələ də tapılmayıb - SƏFİR

Maraqlı

07 Fevral 2023 17:17 1057


Malatyada təhsil alan dörd tələbəmiz dağılmış binanın altında qalıb. 

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib. 

"Onların axtarışı davam etdirilir. Təəssüf ki, tələbələrlə bağlı hələlik məlumat yoxdur. Bundan başqa, xəstəxanalarla da əlaqə saxlayırıq, onların arasında azərbaycanlı yoxdur", - deyə səfir vurğulayıb.  pizza sifarişi

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir. 

Ötən gün sosial şəbəkələrdə tələbələrin xilas edilməsi barədə məlumat yayılsa da, XİN informasiyabı təsdiqləməyib. Hazırda onların axtarışının davam etdirildiyi bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!