Zəlzələ nəticəsində dağıntılar altında qalan "Hatayspor"un futbolçusu Kristian Atsunun ayaqqabıları tapılıb.
Yenisabah.az xəbər verir ki, qanalı yarımmüdafiəçinin meneceri Nana Seçere bu barədə Türkiyə mətbuatına açıqlama verib. O, hələ də Atsunun sağ qalıb-qalmadığı haqda məlumat ala bilmədiklərini qeyd edib.
"Zəlzələnin baş verməsindən 9 gün keçib, amma hələ də Kristiandan heç bir xəbər yoxdur. Hazırda Hatayda zəlzələ bölgəsində Kristianın ailəsi ilə birlikdəyəm. Atsunun qaldığı otağının harada olduğunu müəyyənləşdirə bildik. Ona aid iki cüt ayaqqabı tapdıq. Dünən bizə termal kameralardan dağıntılar altında qalan beş nəfərin sağ olduğuna dair məlumat gəldi. Ancaq hələ də heç nə məlum deyil”. pizza sifarişi
Qeyd edək ki, K.Atsu fevralın 6-da Hatayda baş verən zəlzələ zamanı dağıntılar altında qalıb. O, karyerası ərzində "Çelsi", "Everton", "Nyukasl", "Portu", "Malaqa", "Bornmut" kimi komandaların formasını da geyinib.,Qol.az
Telegram kanalımız