Dağıntılar altından 150 min dollar tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Dağıntılar altından 150 min dollar tapıldı

Maraqlı

14 Fevral 2023 10:53 752


Türkiyəyə göndərilmiş rusiyalı xilasedicilər dağıntılar altından külli miqdarda pul aşkarlayıblar.  

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” hesabında məlumat paylaşılıb. 

“Türkiyəyə göndərilən axtarış-xilasetmə əməkdaşlarımız yaşayış binasının dağıntılarını təmizləyərkən külli miqdarda pul tapıblar”, - deyə məlumatda bildirilib.  Pepperoni pizza

Qeyd olunub ki, daha bir dağıntı qatını açan zaman içərisində yüz dollarlıq əskinaslarla dolu qazan aşkarlanıb. Qazanda olan pulun məbləğinin 150 min dollar olduğu müəyyən edilib. Həmin vəsait polis əməkdaşlarına təhvil verilib. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələlər nəticəsində 31 643 nəfər həlak olub, 80 mindən çox insan zərər çəkib./Modern.az  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!