Dağıstanda kişi geyimini açıq-saçıq hesab etdiyi xanım turistə tüpürüb və onu itələyib.
Yenisabah.az yerli KİV-ə istinadla xəbər verir ki, turist qız küçə ilə təkbaşına gedərkən yaxınlıqda ağ rəngli “Lada Priora” dayanıb və sürücü onun ünvanına kobud ifadələr işlədib və özünə qarşı eyni cür cavab alıb.
Şahidlərin dediyinə görə, kişi maşından düşüb söyüş söyməyə başlayıb və yoldan keçən turistə tüpürüb. Turist ona yumruqları ilə hücum edib. Hadisə müşahidə kamerası tərəfindən lentə alınıb. Dominos pizza
Qeyd edək ki, respublikanın qonaqları üçün Dağıstanda dress-kod və davranış qaydaları olan vərəqələr verilir.
Telegram kanalımız