Dağıstanda nə baş verir? - İki polis öldü, yeddisi yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Dağıstanda nə baş verir? - İki polis öldü, yeddisi yaralandı

Hadisə

23 İyun 2024 20:57 835


Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində naməlum şəxslərin hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Mahaçqalada ilkin olaraq bir polis əməkdaşı həlak olub, altısı yaralanıb”, - məlumatda deyilir. pizza mizza

Mülki əhali arasında yaralı və ölənlərin olmadığı qeyd edilir. “BAZA” teleqram kanalı məlumat yayıb ki, polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.

Bundan əvvəl Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!