Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA

Siyasət

06 İyul 2025 19:10 2282


"Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən çətinliklər sülh yolu ilə, hər iki tərəfin maraqları nəzərə alınmaqla və bir-birinə hörmətlə həll oluna bilər".

Yenisabah.az xəbər verir ki, bunu Dağıstan Respublikasının başçısı Sergey Melikov özünün "Telegram" kanalında yazıb.

"Bölgədə Dağıstanı vətəni hesab edən çox sayda azərbaycanlı yaşayır. Bizim əlaqələrimiz coğrafi əlaqələrdən daha üstündür. Bu, tarix, qohumluq bağları, mədəniyyət, birgə həyatdır", - deyən Melikov məhz Dağıstanda azərbaycanlıların yerli xalq olduğunu qeyd edib. Pepperoni pizza

Respublika rəhbəri əmindir ki, ölkələri münaqişəyə cəlb etmək cəhdləri Dağıstan üçün, Azərbaycan üçün, bütün Rusiya üçün sülh və sabitlik istəməyənlər tərəfindən edilir. Onun sözlərinə görə, xarici qüvvələr dəfələrlə başqasının əli ilə vəziyyəti pozmağa cəhd etsələr də, nəticəsiz qalıb.

"Mən hər kəsə müraciət edirəm: həm dağıstanlılara, həm də azərbaycanlı qardaşlarımıza, - zərbə endirilməsinə imkan verməyin. Emosiyalara təslim olmayın, təxribatlara aldanmayın, məişət millətçiliyinə qədər enməyin", - deyə Məlikov çağırış edib.

Xatırladaq ki, Rusiya FTX-nin iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların evlərinə basqın etməsindən sonra iki ölkə arasında münasibətlər pisləşib. Reyd zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!